YAXAMDA - SÜLEYMAN ABDULLA.
Soruşmasın, bir də niyə qayıtdım,
Əllərini unutmuşdu yaxamda.
Saç deyildi, dalğa-dalğa alovdu,
Çınqılanıb od tutmuşdu yaxamda.
Haqqı çatan canım alsın demişdi,
Boş fikirə nahaq dalsın demişdi.
Ovucunda əlim qalsın, demişdi,
Bir bəlalı eşqə tuşdu yaxamda.
Gözlərindən sevinc yağa, yer hanı,
Köçmək istər aran dağa, yer hanı...
Bu soyuqda sığınmağa yer hanı,
Yolu, səmti azan quşdu yaxamda.