Xəyalə Sevil - Deyirdim dəə...

Ədəbiyyat 10:22 / 04.02.2026 Baxış sayı: 332

Deyirdim dəə...

Ayrılmağa nə var ki?!

İndi səndən dönmək var e.

İndi səni unutmaq var,

İndi özümə söz vermək,

İndi sözümü tutmaq var.

Deyirdim dəə,

Deyirdim.

Səndən sonra nə qaldısa,

Şeirdi.

İnnən belə deyiləsi

Söz yoxdu- yüzün bilirəm.

Gəlmirsənsə, get, yaşayım,

Bacarsan, öyrət, yaşayım,

Ölməyi özüm bilirəm.