Əlizadə  Nuri - Gəl

Ədəbiyyat 11:35 / 04.02.2026 Baxış sayı: 466

 

Dərdin dərmandı mənə,

Hardasan dərd-sərim, gəl.

Yolları bir xalıtək

Ayağına sərim, gəl.

 

Soyuğuna yandığım,

Gün var ki usandığım?!

Dinimdə pir sandığım,

Dilimdə əzbərim, gəl.

 

Səni xatırlamaqdan,

Vaxt yoxdu unutmağa,

Əllərindən tutmağa

Əllimi göndərim, gəl.

 

Son yarpağım üzülür,

Gəl, öldür bu hüzünü.

Bütün bu yer üzünü

Başına döndərim, gəl.

 

...Ay könlümün sultanı

Padşahım, öndərim, gəl...