Yadigar Təvəkgul -  Çarəsizlik. (bəlkə də sənsizlik)

YAZARLAR 10:10 / 04.02.2026 Baxış sayı: 456

Çarəsizlik. (bəlkə də sənsizlik)

Gözlərin onu axtararkən başqasının sənə gülümsəməsi,onun səsini eşidirsən kimi özünü aldatmaq

"Hay can" kəlmənin iki damla yaş olub gözlərindən suzulməsidir....

Bir kəlmə sözü ilə ovunmaq, sükutu ilə qovrulmaqdir .

Ürəyində çiçək açan sevginin, ləçəklərini baxışlarının yağış olub yığması, qəfil təbəssümünün dünyanı sənə bağışlamasıdır.

Həm dərd, həm dəvadir.

Həm ağrı həm də ağrıların ən şirinidir

Təkliyin ən qorxuncu,qorxunun ən bəyazı...

Gözünü yumub dünyadan uzaqlaşmaq göylərə sığınmaq ağrısıdır..

Ayın üzünə sığal çəkib buludlara hayqırmaq səni görmək arzusu ilə yer üzünün zindanında yaşamaqdır.

Sənə adı gələr doğru.

Dadını bilmədiyin təam kimi yad duyğu bilirəm.

Özünə demək istəyib deyə bilmədiklərimdir çarəsizlik..

Və çarəsiz Yadigar Təvəkgül olmaqmış sənsizliyin adı...

Ayrılığın mübarək şerlərin səbəbi......