Aləmzər Sadıqqızı - Sən mənim ömrümə qışı gətirdin...

Ədəbiyyat 14:00 / 04.02.2026 Baxış sayı: 279

 

Sən mənim ömrümə gələndə payız,

Ayrılıq havası çalanda qışdım...

Qoymadın bu eşqin baharı gəlsin,

Çiçəklər duymamış qara danışdım...

 

Qar kimi bəmbəyaz gözəl yalanlar,

Yağdı yollarıma, yağdı qar kimi.

Tutub əllərindən bəyaz könlümün,

Gəldim ürəyinə, gəldim yar kimi.

 

Bir qış nağılına döndü bu sevgi,

Danışdı ömrümə soyuq nağıllar...

Qarda yem tapmayan sərçələr kimi,

Ac qalıb içimdə sənsiz ağrılar...

 

Nə baharı gəlməz, nə də ki, yayı,

Ömrün sonunadək yandırıb yaxar...

Əl-ələ görəndə iki sevəni,

Yetim uşaq kimi dalıyca baxar.

 

Sən , sən olmadın e

duman, çən oldun,

Sən mənim ömrümə qışı gətirdin,

Səpdin ürəyimə sevgi toxumu,

Ayrılıq adında daşı göyərtdin.

23.2.2025.