VAQİF BAYATLI ODƏR ŞEDEVRİ: Unutdular məni, unutdular...

Ədəbiyyat 14:32 / 04.02.2026 Baxış sayı: 336

 

könül bağladığım adamlar,

sirr verib sirrini saxladığım adamlar,

yanlarında ağladığım adamlar, dünya gələ-gedə

çıxmaz yadımdan.

əlim əllərindən çəkilməmiş,

yıxıq könüllər tikilməmiş,

qonur gözlərimə

qara torpaqlar tökülməmiş

unutdular, məni unutdular...

görünmədim gözlərinə,

görünmədim gözlərinə

göz görmədi

könül unutdu...

görünmərəm gözüm dörddü,

bu dünyada yaman dərddi

görünməzsən, unudarlar.

düşünürəm öz dalımca

gözüm dolur.

hamı səni unudanda

bu yalanlı dünyada

ölümlər gerçək olur...