Aləmzər Sadıqqızı - Arzu Ada ya..
Sən mənim arzu adamsan...
Dözüb gəldim sənə sarı.
Gördüm ürəyim təm-təkdi,
Üzüb gəldim sənə sarı.
Hər tərəf göy üzü idi,
Hamı özündən razıydı,
Ürəyimi duyan azdı ,
Süzüb gəldim sənə sarı.
Bir yalan sevgi uydurdum,
Oyduqca könlümü oydum,
,Doydum bu sevgidən,doydum,
Yazıb gəldim sənə sarı.
Ay bir adada yalnızım,
Günəşim, Ayım, ulduzum,
Yollara çiçək, gül düzüm...
Düzüb gəldim sənə sarı.
5.2.2025.