Əşrəf Veysəlli - "BƏNÖVŞƏ BƏNDƏ DÜŞƏ”
Hansı kol dibinə gedib sinirsən?,
Ürəyim eşqinlə dindi, Bənövə.
Kimin dodağında qönçlənirsən,
Sən kimin yarısan indi, Bənövşə?
xxx
“Bənövşə , bəndə düşə”…
Gözümə çən də düşə,
Saçıma dən də düşə,
Sübhüm sənlə açılar,
axşamım sənlə düşər.
“Bənövşə, bəndə düşə…”
Yol üstündə durasan,
yenə bir tor qurasan,
tora bu bəndə düşə.
O dürlü sözlərinlə,
Sehirli gözlərinlə
ömrüm kəməndə düşə.
“ Bənövşə, bəndə düşə…”,
Məni qəfil yenə sən
təndir üstə görəsən,
əlindən kündə düşə…
“Bənövşə, bəndə düşə”…
Yadıma gündə düşər.
Gözlərim qan ağlayar-
Yolum bu kəndə düşər.
1982- ci il.