Adil Şirin- Rüzigarlara qoşulub uçur, uçur
Ədəbiyyat
09:40 / 25.04.2026
Baxış sayı: 258
* * *
Rüzigarlara qoşulub uçur, uçur
Axar suların aydınlığına.
Ömrün qızıl çağlarında,
Bəyaz sularda yarpaqlar.
Yelkənsiz qayıqlar kimi
Üzür, üzür qərq olur.
Axar bəyaz suların aydınlığı
Qara ruzigarlarla dolur...
Yelkənsiz bir yarpaq qayıqda
Mənim taleyim üzür bu gün.
Göz yaşını göstərmədən,
Axıb gedir bəyaz sular...