Elşən Əzim - YOLLARIN QARĞIŞI

Ədəbiyyat 13:21 / 08.10.2025 Baxış sayı: 1740

 

Mən keçmədim bu yollardan,

Taleyimin xışı keçdi.

Payız gəldi, xəzəl örtdü,

Yazı keçdi, qışı keçdi.

Gəlib ötdü yol yanımdan,

Deyəmmədim qal yanımda.

Sağa baxdım...

Sol yanımdan--

Bir qızın baxışı keçdi.

Dərd köz oldu ocağıma,

Qəm iz saldı varağıma.

Bu ağrıyan ayağıma-

Yolların qarğışı keçdi.

07.10. 2025