E№lnur Uğur : - Şükr elə ki, zaman durmur,
Şükr elə ki, zaman durmur,
Təkər fırlanır ha belə.
Sabah doğacaq sevgidən,
Gecəmiz Günə hamilə.
Şükr elə ki, içindəki,
Ümid işığı sönməyib,
Hamını özütək bilən,
Oğlan uşağı ölməyib
.
Şükr elə ki, şükürlüsən,
Allah sənə min- min şükür!
Hər şükründə qəlbindəcə,
Şeytan Tanrıya diz çökür!
Şükr elə nəfəsin gəlir,
Demək, ümid boy atacaq.
Tumurcuq arzular hələ,
Bu ağacı oyadacaq.