Elnur Uğur : - İlahi, adamı titrətmə tutur...

Ədəbiyyat 10:13 / 12.08.2025 Baxış sayı: 1853

İlahi, adamı titrətmə tutur,

Düşüb canımıza həsrət qorları.

Həyat dənizində gəmi ömrümü,

Qoruya bilməyir ümid dorları.

 

Adamlıq azaldı artdı adamlar,

Adamı heç nəyə satdı adamlar.

Adam bolluğunda qıtdı adamlar,

Özün qoru, nolar baxar korları.

 

Dənizin əvvəlki göy dəniz deyil,

Heç Elnur özü də tərtəmiz deyil.

Bu iz də dünənki həmin iz deyil,

Kim.çəkdi torpaqda asfalt yolları?