Elnur Uğur Abdiyev - İstəmişdim, səndən tutub
İstəmişdim, səndən tutub
Başa çixam bu yolu.
Soruşmuşdum,olarmı?
Demişdin olur!
Elə ürəklə demişdin ki,indiki zaman şəkilçisini,
Gələcəkdə nələr ola bilər deyə
Düşünmədən əlimi uzatmısdım sənə.
Demə,
İndiki zaman üçünmüş bütun vədlər.
Ax,şair ağlım, ax!
Keçmişi unut,indi ilə yaşa
Və gələcəyə bax.
Bu düşüncə ilə yaşadın hər an.
Unutma ki,unudursan,
Keçmiş gələcəyə açılan qapı.
Baxır kim necə açır,
Kim ilk hansı addımını atır.