Elnur Uğur Abdiyev  : - Döz ,ürəyim,ağrıma!

Ədəbiyyat 09:33 / 14.08.2024 Baxış sayı: 2438

Nahaqlar arasında,

Döz,ürəyim,ağrıma!

Bu atom erasında,

Bir ürək istəyirəm,

Tutub sıxam bağrıma.

 

Bu sevgidən əriyər,

Buz vicdanı dünyanın.

Yerdə sevgi yeriyər,

İçər nifrətin qanın,

Eşq hay verər çağrıma.

 

Dünyanın hər qütbündə,

Axır sevginin qanı.

İnsanın bəd əməli,

Yaralar yaradanı,

Bu duz basır ağrıma.

 

Bu gün tamah dişləri

İtilər ruhən əlil.

Savaş sonuna qədər,

Demə düzələn deyil,

Döz ,ürəyim,ağrıma!