Əlizadə Nuri - İlahi, fırçana şükür

Ədəbiyyat 13:25 / 31.07.2026 Baxış sayı: 543

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu?-

Ürəyi yumşağındı...

İlahi, fırçana şükür,

Ən böyük rəssamsan elə-

Yerdə rəsmin o qızdı

Göydə göy qurşağındı.

Yenə köks ötürür payız,

Qüssəlidi yarpaq səsi.

O ağacın əzabları

O ağacın xatirəsi

Sonuncu yarpağındı.

...Günəşə boylanır hələ,

Özüylə oynayır hələ,

O yanda başqa dünya var

Bu uşağın xəbəri yox,

Həyat heç kimin deyil ki

Həyat bu uşağındı...