Ağaevli Əli Hacı - Vaxt olmur ki,söhbət edək
Ədəbiyyat
12:00 / 30.07.2026
Baxış sayı: 373
Vaxt olmur ki,söhbət edək,
bulanıq sudan keçirəm !
Ürəyin harda döyünür ?!
döyülüb qandan keçirəm !
Hər gün təzə gəlmir sabah,
Köhnə dünya,köhnə Allah !
Hələ ki,görünmür qabağ,
hər günə yandan keçirəm !
Varına ac- yalavacım,
Bəxt dediyin-ömür acım !
Sirr qoymadım,sirri açım,
sonraya candan keçirəm !
Özün elə şum özünü,
yandır bəxtə şam özünü !
Tanıdınsa,yum gözünü
dünyamı andan keçirəm !
Bitər,bitməz özü bilər
itər-itməz sözə gələr !
Vallah,ömrüm gözə gələr,
əvvələ sondan keçirəm !