Xatirə Rəhimbəyli - ...Bütün ümidlərim öldü,təkcə mən
Ədəbiyyat
09:26 / 30.07.2026
Baxış sayı: 410
...Bütün ümidlərim öldü,təkcə mən
İlahi eşqimi diri saxladım.
Qəlbim qan ağladı hər saat,hər an,
Amma gözlərimi quru saxladım.
Düşdüm bu həyatın dibinə,getdim,
Bütün əyri yolu çəpinə getdim...
Vicdanımı
zülmün ipinə getdim ,
Bulağın gözü tək duru saxladım.
Hərdən sərhədləri aşan sözünə,
Qəlbimi ox kimi deşən sözünə,
Ruhuma şaxta tək düşən sözünə
Qəlbimdə ən isti yeri saxladım.
amma...