Əlirza HƏSRƏT - SƏNƏ ÇİÇƏK DEDİM...
Sənə çiçək dedim,ta demədim ki,
Güllərin sirrini açasan elə.
Sənə çiçək dedim,ayrı nə deyim,
Aləmə ətrini saçasan elə.
Elə bəzənibsən sən ləçək-ləçək,
Şehindən bir udum götürüm,içək.
Baharı oyadan bənövşələrtək,-
Sən qardan,sazaqdan qaçasan elə.
Gül göstər qoxlayıb dərməyim üçün,
Saçına gül düzüb hörməyim üçün.
Dünyanı mən gözəl görməyim üçün,
Gözümdə qapısan,bacasan elə.