Əlirza HƏSRƏT : - BİLƏR

Ədəbiyyat 13:49 / 05.09.2025 Baxış sayı: 4528

 

 

İlmə-ilmə sökülən dan,

Sərvətindir Ulu Xaqan.

Çox şey bilməz hər oxuyan,

Hər şeyi çox gəzən bilər.

 

Yaşamaqdırsa çətini,

Çətir tut məhəbbətini.

Asfalt yolun qiymətini,

Ayağın daş əzən bilər.

 

Gözü yolda Xudafərin,

Qoy Arazın silim tərin.

Zəfər qazanmağın sirrin,-

Döyüşlərdə dözən bilər.

 

Sevdim duman tutan dağı,

Bir aləmdir solu,sağı.

Zirvələrə ucalmağı,-

Qartal kimi süzən bilər.