Ələsgər Əlioğlu - GORANBOY LƏTİFƏLƏRİ
UZAQ BAŞI ONU YAMSILAYAR
Bir gün ağsaqqal-qarasaqqal bir yerə
yğışıb söhbətləşirmiş. Söhbər əsnasında kimsə deyir:
Fikir vermişəm,Səlim kişi də Abdulla kişi
kimi axsayır.
Cinli Əli üzünü ona tutub dillənir:
-Yox. Yox, nə danışırsan, a kişi? Hardadı
onda o qabiliyyət? Uzaq başı Abdullanı yamsılayar...
XAN ŞUŞİNSKİ HARDAYDIKI
Çayçı Ələkbər Xan Şuşinskini çox sevirdi. Bir sözlə, onun xəstəsi idi. Çayxanasında səhərdən-axşama kimi dönə-dönə onun vallarını oxudardı. Amma heç doydum deməzdi...
Bir gün kəndə səs-küy düşür ki, Bakıdan xanəndələr gəlib. Klubda muğam axşamı olacaq. Bu xəbəri eşidən Çayçı Ələkbər də cəld özünü çatırır kluba...
Elə ki konsert qurtarır, Ələkbər qonaqlar olan otağın qapısını döyüb qaş-qabaqlı bir görkəmdə keçir içəri... Kinayəli bir halda onlardan soruşur:
-Ay başınıza dönüm, Xan Şuşinsi hardaydıkı, bura sizi göndəriblər!?