Ələddin Əzimli : -Bu gün
Bu gün sənin dalınca,
Yolu-yola caladım.
Gah getdim, gah dayandım,
Fikrimi haçaladım.
Nə idi görən suçum?
Sənə qovuşmaq üçün,
Alışdım için-için,
Sinəmdə od qaladım.
İzim izə qarışdl,
Fikirlərim dolaşıdı,
Bu söz mənə tanışdı,
Bəs niyə hecaladım?
Uzanmışdım çəməndə,
Düşdüm qəfil "kəməndə",
Tanrım "kimsən?- "deyəndə,
Yadımdan çıxdı adım...
14. 08. 2023.