Əbülfət Mədətoğlu - Günümü yuyub sərmişəm,

Ədəbiyyat 09:31 / 12.07.2024 Baxış sayı: 3091

 

Günümü yuyub sərmişəm,

Yarpaqsız , quru budaqdan...

Dərindən nəfəs dərmişəm -

Səsim çıxmayıb yataqdan !..

 

Həvəsim bir az xəstəhal,

Ağlıma da heç nə gəlmir...

Həm nida var, həm də sual -

Birləşib olublar əlbir...

 

Sərdiyim günün üzünü,

Allah gördü, bir də ki, sən!..

O üzdə Sənə izini -

Göstərəcəm, yerdəki mən!