Əbülfət  Mədətoğlu - Ana

Ədəbiyyat 08:05 / 20.09.2025 Baxış sayı: 3444

Üstündə  kədər  bitən

İzini , axtardım  mən...

Yuxumu  şirin edən -

Dizini,  axtardım  mən...

Ana!

Səsləri  sıraladım,

Çoxunu  qaraladım...

Birini  araladım -

Sözünü  axtardım , mən -

Ana!

 

Dözüb  hər  cəfasına,

Diz  çökdüm  vəfasına...

Bir  az   əl havasına -

Gözünü,  axtardım, mən -

Ana!

 

 

Çəkdiyim    dilsiz  dərdə

Könül  vermə  sən  bir də!

Ünüm  çatan  hər  yerdə

Üzünü,  axtardım, mən -

ANA!

 

Bu da belə bir qədər...

Varmı , de, bundan betər?

Gün gələr, əlim yetər -

Özünü, axtardım , mən-

ANA!