Bəhruz Niftəliyev - Dərk etdikcə dərd edirəm səni
Dərk etdikcə dərd edirəm səni,
Xəbərin də yoxdu ki,
Misqal-misqal
tərk edirəm səni!
Mən gedirəm, ay adam!
Mən gedirəm, əhv edirəm səni!
Nə vədə, nə vida
Gedirəm səssiz.
Çətin olmayacaq,
Uzağı ətrin qalmayacaq
yaxamda,
Uzağı əhdin düşəcək yadıma,
üzüləcəm.
Davam edəcəm dözənəcən.
Gözlərimi nəm yeyəcək,
Ürəyimi qəm yeyəcək,
Sonra düzələcəm,
Sonra düzələcəm!
07.08.2025
23:13