Bəhram Bilaloğlu - Sərçə dimdiyindən düşən çöp kimi
Ədəbiyyat
18:04 / 09.09.2026
Baxış sayı: 2498
Sərçə dimdiyindən düşən çöp kimi,
Hardasa bir qəlbin ipin qırmısan.
Həyat şirinliyin mülkə bağlayan
Ağrılı günlərdən həyat qurmusan.
İndi yaşamağa güc axtarırsan,
Urlayır taqətin,sıxılır canın.
Dünyanın gərdişi tökür dişini,
Durulmaq istəmir,qaralır qanın.
Əlini atmağa ağac da yoxdur,
Tutasan barından bir gün,bir ömür.
Elə yıxılırsan,quru ağac tək,
Varlıq da,yoxluq da,gözündə sönür.