Məmməd Qədir - Qəmin sağ olsun
Ədəbiyyat
11:24 / 09.09.2026
Baxış sayı: 189
Sənsiz dünyanın sevinci,
Nə iztirab, necə zülüm.
Sən varkən ölüm itkidir,
Sənsiz mənə nə ölüm...
Nə vaxtınam, nə məkanın,
Mən vüsalın laməkanı,
Əsirgəmədin tikanı,
Üzün ağ olsun, gülüm.
Ah, sənə nisgilim çatmaz,
Ha yüyürər, gülüm, çatmaz,
Sevincinə əlim çatmaz,
Qəmin sağ olsun, Könlüm...