Şakir  Xanhüseyinli - NƏFƏS DARLIĞI

Ədəbiyyat 21:11 / 08.09.2026 Baxış sayı: 621

 

qəfəs darlığı var, qəfəs darlığı;

duyursan ilk baxışdaca

hər şeydə nəfəs darlığı,

sözdə, şeirdə nəfəs darlığı...

sanki səni hardansa bir əl sıxır-

nəfəsin darıxır...

nəfəs darlığı verir,

bilsən, hava da,

birdən üçüyürsən isti yuvanda...

çəkir elə gen də,

dar da nəfəs darlığı,

harda nəfəs gedir-gəlir,

orda nəfəs darlığı...

insanların bir-birinə sevgisində,

sayğısında da darlıq...

yer genişliyindən,

yol genişliyindən

çatammırıq nəfəs genişliyinə,

o arzu, o həvəs genişliyinə...

nəfəs darlığı var, nəfəs darlığı!