Bəhram Bilaloğlu -  İncilər.

Ədəbiyyat 13:56 / 15.09.2025 Baxış sayı: 7951

Yağan yağış damcısıdır,

Bəxş etdiyim hər sevinclər.

Ruha qida çatdırarlar,

Rəbbə tərəf zər incilər.

 

Gözlərindən gülüş saçar.

Yollarına min yol açar.

Göy üzünə əl,qol açar-

Zamanında tər incilər.

 

Darıxdığım ana bənzər.

Xəyalımdan çıxmaz o zər.

Yorğun olmaz,aləm gəzər-

Verdiyi min sirr incilər.

 

Könlümə nur verənimdi.

Bəsirətim,dərənimdi.

Ruhum cismə ərənimdi-

İçdən gələr dürr incilər.