Bəhram Bilaloğlu : - Hansı arzuları aparır göyə?!

Ədəbiyyat 13:38 / 18.08.2025 Baxış sayı: 5114

Gördün darıxırsan - ruhunu dinlə.

Kaman ol,ucalan səsini bəmlə.

Səhərin sübhündə dualar sənlə,

Hansı arzuları aparır göyə?!

 

Açılan əlləri pak,qədəm eylə,

Ovut ürəyləri,ruhuna söylə.

Bəhramın qələmi yazdığı ilə,

Hansı arzuları aparır göyə?!

 

Bu sual şübhəsiz təsdiq kimidir.

İlahi yolunda qəlbin simidir.

Uzaq gözlülərin gözün nəmidir,

Hansı arzuları aparır göyə?!