Ayaz Arabaçı - Buraxdı

Ədəbiyyat 12:05 / 06.11.2025 Baxış sayı: 1228

 

Məni hər vaxt dar ayaqda,

Birinci dostlar buraxdı.

Sonra isə can dediyim,

Candan əziz yar buraxdı.

 

Batmaz dedim,batdı qanım,

Niyə yanım-kimə yanım,

Nə qalmağı çəkdi canım,

Nə getməyə ar,buraxdı.

 

Keçəmmədim tabuları,

Çıxdı sözün babıları..

Ürəyimin qapıları,

Soyuq çəkdi,qar buraxdı.

 

Qan ağladım zarı-zarı..

Baxmadılar mənə sarı

Tanrı niyə adamları,

Yer üzünə kar buraxdı.

 

Dərd doğuldu,dərd içindən,

Yolum qandan,atım cindən,

Dərdim göyə sevincindən,

Fişəng atdı,şar buraxdı.

 

Yox ağında,qarasında,

Ömür bunun harasında...

Qollarımın arasında

Hərə bir məzar buraxdı..

                                                                          7 Fevral 2018 ·