Arzu Hüseyn - Bu şəhərdə payız tənbəl, sarışın...

Ədəbiyyat 21:55 / 21.09.2025 Baxış sayı: 1763

 

Bu şəhərdə payız tənbəl, sarışın,

Bu şəhərin küçələri yuxulu.

Səsin gəlmir, başın kimə qarışıb?

Gülüşlərim sevinclərim yox olub.

Qulağını şəkləyibdir qorxular,

Yuxularım tədirgindi, qırıqdı.

Otağımın hər küncündə qoxun var,

Ciyərimə çəkə-çəkə darıxdım.

Darıxdıqca dalğalandım, kükrədim,

Darıxdıqca leysan oldum, yel oldum.

Yenə səni ürəyimdən sökmədim,

Yenə səni sevə-sevə duruldum.

Bu şəhərdə payız tənbəl, sarışın,

Bu şəhərin gözlərində qəhər var.

Unutma ki, mən cəhənnəm bu qışı,

Sənsiz ev ev üşüyəcək şəhər var.

Pəncərədən boylanıram hər səsə,

Addımınla qulağımda gülsənə.

Eybi yoxdur bu bayram da gəlməsən,

Bahar çağı durnalarla gəlsənə.

Qulağını şəkləyibdir qorxular,

Yuxularım tədirgindi, qırıqdı.

Otağımın hər küncündə qoxun var,

Ciyərimə çəkə-çəkə darıxdım.

Sənsiz yaman darıxdım...