Arzu Ada- Yaşamaq uğrunda mübarizə

YAZARLAR 14:39 / 01.11.2025 Baxış sayı: 1301

 

Siz heç <dəli yazıq> gördünüzmü ?

Mən görmüşəm .

Nəinki .. mən bu rayonda Eldarı görən hər kəs dəli yazıq görürdü hər gün .

Günü bu bazarda keçirdi çünkü .

Eldar ana qaçıb gedəndən.. ata öləndən sonra <dəli yazıq> idi .

Onun da bəxtinə dəli yazıqlıq yazmışdı mərhəmətli... uca Allah

Göydən nə gəldisə yerin nə həddinə onu qəbul etməsin ?)

Anadan gəlmə qüsurlu idi Eldar

Bu da tanrının hamıya bəxş etdiyi daha bir mərhəmət idi ki hamı geninə boluna yararlanmaqda idilər allahın bəndələri.

Təbii fərqli fərqli . .

Eldarı tək bu rayonun ..bazarın adamı anlayırdı

Hər gün əlində çit torba ilə bazar polkalarının arası ilə yorulmadan belədən belə ..elədən elə gedirdi bu Eldar

Eldarın anasını əsgərlikdə olanda Tagı özü ilə bu rayona gətirmişdi .

Böyük iş görmüşdü sanki

Hamı bu gözəl qadına hörmət etsə də evdəki qaynana və ərə getməmiş baldız bu qadına gün üzü verməzdilər . ..

İş o həddə çatdı ki bu Eldarın

6 yaşı olanda rayonda bu rus qadınını daha görən olmadı

Nənə və baldız bu dini bizdən olmayanın izini tamam itirdilər

Onlara dini dinindən olan gəlin lazım idi

Guya onu yaxşı dolandırıb... başına fırlanacaqdılar

Gəlin bu <ujaslara> daha dözməyib

geçəynən evi tərk edib birbaş Ukraynaya qaçmışdı

Eldar da qalmışdı anasız yetim

Sonra isə

Tagı da qəza sonucu <aradan çıxmış > və bu Eldar < bütöv yetim> statusuna keçmişdi

Az sonra nənə də qızı ifritəyə tab eləməmiş könüllü o da baş götürüb oranı tərk etmişdi .

Yəni ölmüşdü

Neyləsine bu Eldar onsuz da Allah adamı çırpanda .. ..peygənbər də əsası ilə döyər

Eldar da eləcə döyülürdü hər gün ..

Bibinin əllərinə saglıq .

.Eldar qalmışdı üz gözündən faşistlərə oxşayan bibinin umuduna

Bu bibi də eləmə tənbəllik bir metir qalın parça alıb bir manata tikdirib bəzəkli torba şəklinə salıb keçirmişd bu Eldarın boynuna. Arxadan da bir təpiklə Eldarı atmışdı küçələrə

. Get dilən .

. Axşama sumka dolu evə qayıt gəl

Eldar da da həyat mübarizəsini bu bazarda verirdi

Düz 10 il idi Eldar bu maaşsız işdə yorulmadan can qoyurdu

Rüşvət almırdı ..benzinə xlor qatmırdı .qrand istəmirdi ..kimisə şərləmirdi və sairə .itaqdali .

Əvvəl əvvəl döyən də olurdu ..söyəndə olurdu bu oglanı

Amma sonralar bu bazar əhli bu yetimə öyrəşdi.. bu yetim də bazar əhlinə ...Da döymürdülər Çünkü bazarın polisi Eldarın himayəçisi rolunda kimi bir şey idi ..

Biir gün Eldar bazarda görünməsə hamı darıxırdı .

Eldar hər polkaların arası iıə aga kimi ..bazarkom kimi gəzdikcə kimi bir kartof ... iki sogan...bir dəstə saralmış göyərti tullayırdılar Eldarın torbasına .

Ətçidə də bir salafan sür sümüyü hazır dururdu hər gün ..

Əvəzində axşamacan eşşək kimi də işlədirdilər

Eldar bu zibili at.

Eldar gəl yapış bu təlisin bir qulagından .

Buranı süpür. al bu sumkanı apar bizə ver kimi saysız sifarişlər zad. .

Axşam da bibinin yagsız ..dadsız icinə bir qaşıq nəsə gillətdiyi supundan zaddan içib yatardı ki səhər yenə vəzifə başında olmalı idi ..

Onu yerinə göz tikən neçə belə< eldargillər sinifinə> aid insan var idi bu bazarda

Ən böyük rəqibi də hər gün hansısa kənddən gələn üz gözündən Eldar kimi yetimçilik yagan Fərman idi

Bəzən Eldar yıgdıgından Fərmana da pay verməyi ihmal etməzdi .

Bu da <eldarfərman> kimilərin dayanışması kimi bir şey idi..

Günlər belə keçir Eldara bu bazarda tək təmənnasız peraşkidən zaddan verən Valya adlı qadın olardı .

O da haradansa bu rayona gətirilmişdi Rusiyanın hansısa xarabasından

Qoymurlar da bu qadınları öz məmləkətlərində səfil..boml həyatlarını davam etməyə

Yox mütləq gətirib məhz bu ölkədə< azdırmalı> idilər ..

Yazıq dünya ..

Günlər beləcə Eldar ücün çox maraqla keçib gedirdi .

Eldarın geyim kecimi də bəzən böyük Çinici ..pardon ..zibil qutularından çıxırdı .

Bu rayonda tək kasıblar yox idi ki

Hər cibi bir xəzinə olan .. bir günlük gəlirləri ilə Fransada mülk almaga. qadir olan ogullarımız da var idi .

Vardı ..!

Bu gün Eldar işə çox erkən başlamışdı

Səhərin ilk işıqları ilə bazarda bir ugultu var idi ki sanki yeraltı təkan qeydə alınacaq kimi

Hamı yaşamaq ugrunda mübarizəyə bir nəfər kimi qoşulmuşdu

Eldarı tutan tutana ..çagıran çagırana idi

Eldar,  al bu torba dolu çürümüş meyvəni zibilə at .Eldar agır torbanı sürüyüb zibil qabının yanına gətirəndə qıraqda bir karobka pal paltar diqqətini çəkdi

Lap üstəki boz palto sanki Eldara gəl gəl deyirdi

Yaxınlaşıb paltonu götürdü

Üzərinə tutdu

Əyninə idi .

Geyinərəm ..deyib bir sallafon torbaya atıb özü ilə götürdü.

Axşam evə qayıdanda bibi onu qapıdaca qarşıladı İçində sogan kartof olan torbanı alıb bir tərəfə tulazlayandan sonra Eldarın əlindəki salafanı təftiş etdi

Paltonun cibində əlinə nəsə dəydi

Göy meşin kiçik torba idi

İçinə baxanda gözləri kəlləsinə çıxdı

Torbanın içində qiymətli qızıl.. brilliant adamın gözlərini qamaşdırırdı ..

Eldar irəli gəlib torbanı bibisinin əlindən almaq istədi

Bu ...bu bizim deyil . ver.

Ver Zamin qaqaya verəcəm

Zamin o sahəyə nəzarət edən polisin adı idi.

Onun himayədarı

Bibi agır bir zərbə ilə Eldarı yerə sərdi

...Bu bizimdi.. heç kimə də deməyəcəksən!- deyib Eldarın birinci əlini sonra ayaqlarını bagladı

Eldar müqavimət göstərsə də div boyda bibiyə güç gəlmək çətin idi .

ELDAR səhərəçən darbındısa əlini aça bilmədi

Səhər tezdən bibi Eldarı evdə qoyub cıxdı

Az sonra əlində iri bir qıfılla geri döndü

Rastına çıxan qonşuya da :

. Bu axşam Eldar qızdırmadan ölürdü. hələ bəlkə də artıq ölüb deyib yalandan aglasımdı da ..

Plan nə idi . hələ ki özü də bilmirdi bibinin

Son.