Arzu Ada - TOY. "TUTMAQ"
Hekayə .
......!
...Bəbişin dəli günləri idi
Agır bir döyüşdən yaralı çıxan ayı sayagı həyətin o baş bu başına var gəl edirdi .
Kəndi ayaqdan başa ..dönüb bir də başdan ayaga söyürdü .
Ürəyi soyumurdu .
Dönüb həyətdə gəzən ..əl ayagına ilişən.. qazı... toyugu futbol topu kimi həyətin bu başından o başına fırladırdı
Harada öldü öldü da vecinə deyildi.. ..
Gah məhlənin ayagında fagır fagır otlayan balaca.. günahsız dananı öz çatısı ilə bogur .. gah da bunu görəndə əyilib yaltaq yaltaq ayagına döşənən iti təpiyi ilə beş metr (ya on metir) .uzaga tullayırdı ...
Nə dananın ..nə qazın.. nə itin vecinə də deyildi Bəbişin bu tövrü.
Həyatlarını davam etdirirdilər.
Etməyib də harasa şikayətə gedəcək halları yox idi .ki .
Kəndin acıgını bu həyətin daxilində ..<sınırında> kim var ondan almaga qərarlı idi Bəbiş .
Təzə gəlinin gətirdiyi ilk caya da bir şey.. bagışlamadan
..İçmirəm ..deyib hirslə stəkanı geri itələmişdi
Gəlin də ürəyində :
..Cəhənnəmə ic ..deyib stəkanı götürüb< kuxnada> özü içmişdi
Təzə gəlinlər ulu ortada cay icməz ..tum semiçka çırtlamazdılar
Ta bir dövrə qədər ..
Arvad uşaq da kimin hünəri idi ki bu dəli ...ipləməyə söz deyə... nəsə soruşa .
Əslində hər şey aydın idi
Kəndin camaatı Bəbişə toy içində toy tutmuşdular.
Bu işdən zərərsiz çıxan tək Bəbişin bivec oglu idi..))
Öz kefində idi
Gözlənilmədən dədəsi buna arvad almışdı
Volqa cəhənnəm olsun. .
Üç gün bundan qabaq arvadı ..uşagı kəndin bu başından o başına dəvətnamə paylamaq üçün kəndin canına salmışdı Bəbiş ..
Dəvatnamələrə də kamali ədəblə:
...Hamınızı ailənizlə birlikdə Bəbişin oglu bivec Kamalın toyuna cagırırıq... cümləsi ilə bitirdi ..
Adət belə idi ..belə yazılmalı idi .
Qalanı qalır bu kəndin ac ..giclərinə .
Bir evdə toy olsun ha bir nəfər evdə qaldı yoxdu
Kəndin heyəti elə dərin düşüncədə olan adamlardan olsaydı da buranın adını .<QANMAZLAR>. olmazdı ki
Məsələn Çəmənli ..Günəşli qoyardılar da
. Qoymamışdılar .!
Adı özünə qismət
Bu kənd də binə olandan belə idi
Dəyişmək həvəsi və fikri də yox idi atam ..anam.)
Bəbiş yolda oturub dəvətnamələri özü .gəlib keçənlərə paylayır ...qalanları da arvad.. uşaga verib nəfəslərini kəsməkdə idi .
Bir sözlə arvad uşaq əsir düşmüşdü bu dəvətnamələrin əlində ...
Kəndin də əhalisi Cin ordusunu keçmişdi ya kecməkdə idi da onu deyə bilmərəm
Arvadlar da bu kənddə beş .. beş dogmaga başlamışdı
Tək ya cüt dogana bu kənddə heç də yaxşı baxmırdılar daha .
Bu arada
Bəbiş yaman eşqə düşmüşdü
(Aglınıza ilk gələn fikir deyiı əlbəttə ..)
Qonşu kənddə Əvəzin satdıgı Volqaya yaman vurulmuşdu
Yoxsa bu biveç oglunun bəlkə ömür boyu subay saxlayacaqdı ki qəfildən Əvəzin cayxanasının qabagında saxladıgı Volqanı gördü
Volqa deyildi e bagırçatdadan idi .
Uc hissəsindəki ceyran sanki uça uça Bəbişin qucagına hoppanacaq idi .
.Satılır !..sözünü oxuyub ..o anda plan qurmaga başlamışdı Bəbiş.
Bu vaxt köməyinə evdə yeyib yatan oglu gəldi Evlənmək yaşı keçib getmişdi .
Amma nə özü nə anası əl tərpətmirdilər
Arvad bunun nəyinəe .
Arvadı nəylə saxlayacaq..deyib bu haqda evdə yekun qərar verilmişdi.
Ancaq indi iş seyrini dəyişmişdi
Toy eləmək şərt idi ..
Babət pul yıgılar fikri ilə Bəbiş beynində bu işə start verməli idi .
Əşi cəhənnəmə axır başı buna da bir itin qızını almalıyıq da .deyib tələm tələsik dostu Qəninin qızına elçi getmiş İlk gedişdə də qızı bu bivecə almışdı .
Neyləsinləre saxlamış nə edəcəkdilər ?!
Qızı nə bilim nəyə də versən udursan ..məsəli .
Bir həftədə bu iş tamamlanmış
Qalmışdı toy edib Qəninin qızını bu bivecə gətirmək ... həmən bu ceyranlı volqanı da özünə almaq
Hələ toya iki həftə qalmagına baxmayaraq Bəbiş xəyalını qurdugu volqanı minirdi də ..sürürdü də ...
hətta bu paxıl kəndcilərini toza da basırdı .
Hərdən də bir ildi həyətdə metallom kimi duran köhnə 07 baxırdı ..
Bunu da yetim Səmədin başını bişirib Səmədə sırımaq qalırdı
Səmədi də razı salmışdı artıq pulunu də alıb kolxoz bazarından yedək dana almışdı
Birdən toyda ət çatmaz fikri ilə
Səməd də insafən maşını almaq üçün sino gedirdi
Həyətindən yıgdıgı üç telli göyləri ..arvadının su qatdıgı südü bazara çıxarmaq üçün bu 07 elə onun babı idi
Bəbiş toydan yıgılacaq pulu gözləyir.. Səməd yetimi də bu sınıq salxaq 07.ni
Nəhayət qapılara qırmızı lentalar baglandı ..böyük tiyanlar ...qazanlar. dəstə dəstə həyətə öz xoşları ilə axın etdi .
Qonşulardan daşınan qabları qıran kim...
sarı yekəqarın samavarlarda qaynayan somavarları boşaldan kim .
Bazardan alınan şəhər çörəyinə pendir qoyub uşaqların əlinə verən kim
Kənd uşaqları şəhər çörəyini toydan toya görürdü
Neyləsinlər yavan da onlara şirin gəlirdi ..əmisi ..bibisi ...
Hələ bu çayxorlar
Zalım balaları elə bil evlərində cay da tapmırdılar
Toy hələ başlamayıbe
Artıq qənd qabılar beş dəfə dolub boşalıb .. yarımcan edilmişdi . ..
Əlqərəz toyçular həyətə ayaq basdı üçün Bəbişi çagıranda artıq Bəbişin sanki üzünə tərs bir şillə çırpdılar.
Qanı qaralmaga başladı
ÜRƏYİNDƏ FİKİRLƏŞDİ .
...BƏ köpoyoglu Əmir ..acgöz Əmir bir girin həyətə . sonra nəzirinizi pardon şabaşınızı alın da görməmiş köpəy uşaqları ..ürəyində söyüb toyçulara yaxınlaşdı
Az qaldı ki ..:Əmirin üzünə .
İstəyirsiz girin... İstəyirsiz çıxın cəhənnəm olun gedin demək istəyirdi ki sözünü uddu
Cibindən iki beşlik çıxarıb lap irəlidə duran qırmızı xırman xoruzuna oxşayan kəndciləri Əmirə uzatdı
Əmir iki əzik beşliyi görüb daha da qıp..qırmızı rəngə düşdü
Da neyləsin Bu boyda kişiyə beşlıkləri yaraşdırdı amma özünə yox
Ən az bir əllilik gözləyirdi . Ölmüşdü Bəbiş Volqa onun bütün hisslərini kor eləmişdi
Az qalırdı toya gələnləri çagırıb
Bax az salassansa indidən rədd ol get . deyərdi .
Əmir isə :
Eşşəyə minmək bir ..düşmək iki ayıb fikirləşib köhnə əzik beşliyi üzünə sürtüb yanınca gətirdiyi həm şəyirdi.. həm pul yıganı bala zurnacı ogluna ötürdü
Zurnaya güc verib elə pulədi ki əlindəki zurnanı elə sanki kəndin yetim yesiri ilk dəfə idi ki toy görürmüşlər kimi həyətə hücum elədilər
Pullu ..yəni pul salmaq potensialı olan qonaqlar gəlməmiş artıq toyxanada boş yer tapmaq müşgülə döndü .
Uşaqlar artıq o yerləri zəbt eləmişdi
Budue kəbdin sınıq salxaqlarının ..köpəkuşagının da agzı açıldı
Üc . üc beş.. beş on.. on evdə adam qalmadı ki hamı Bəbişin həyətinə axın etməyə başladı
Hər qonaq gəldikcə yer tutan uşaqları yaxa paca magardan qıraga atmaq işinə start verildi
Uşaqların kresloları yavaş yavaş böyüklərə transfer etmək məqamı gəldi .
Nəhayət <anqar> qazanların agzı acılmaqla boşalmagı bir oldu.
Yedək dana da ortaya çəkilib bir anda kəsildi ..soyuldu qazanlarda pıqqapıqla servisə hazır vəziyyətə gətirildi
Bu kənd hec bununla da doyana oxşamırdı .
Yeyən bir də yeyir ..yenə <dabavka> istəyirdi. Magarda bir qaşıq qab səsindən qulaq tutulurdu
Sanki burda tarix təkrarlanır Caldıran döyüşü gedirdi .
Dərd orası idi ki toyçular da digər tərəfdə araqdan vurub . yeməkdən yeyirdilər
Bura nə üçün gəldiklərini unutmuş kimi idilər
Nəhayət qab qaşıq səsi səngiyəndən sonra kimsə toyculara başa saldı ki da bəsdi çalın ya da durun rədd olun gedin
Bu vaxt magarın lap agzındakı pul yazan Ənvər qələminə tüpürüb öz işinə başlamaq məqamının gəldiyini hiss edib son yaglı tikəni də udduqdan sonra
Birinizi də buradan pulu yazılmamış boşlayan deyiləm gəlin köpək uşagı
Yediz . icdiz indi haqq hesab saatı deyib dəftərə ilk notu saldı
Məmməd 5 manat
Həsən on manat
Dayıoglu Qənbər 15 manat .
Qardaşı Əvəz 20 manat ..
Siyahı beləcə uzanıb gedirdi
Məmmədlə 5 nəfər gəlmişdi
Hərəyə bir manat ancaq düşürdü.
Həsən qaynanası arvadı 7 uşaqı ilə məclisi bəzəyirdi .
Əvəz də həmişəki kimi tam heyət burada idi
Qardaşı da təbii ..qardaşı idi
Arvad uşagı evdə qoyası halı yox idi ki.
Bəbiş hər gəlib çatdırmadan dəftərə sarı boylandıqca yavaş yavaş Volqadan əlini üzürdü.
Kəndin uşaqları isə burunlarının suyunu üstlərinə silə silə hələ də doymaq bilmirdi
Eviniz yıxılsın uşaq əkən...uşaq dogan .
..
Son.