Aləmzər Sadiqqızı- Mənim göz yaşımı silən olmadı

Ədəbiyyat 09:34 / 04.11.2025 Baxış sayı: 1059



Elə yıxıldım ki, bir xoş günümdən,
O gündən gözlərim gülən olmadı.
Axdı yanağımdan çiçəktək, gültək
Mənim göz yaşımı dərən olmadı...

Mənim dərd ortağım bir gözəl çiçək,
Ya da saçlarıma qonan kəpənək,
Gah Günəş qurutdu ,gah da ki, külək,
Mənim göz yaşımı silən olmadı...

Dedim də, güldüm də dost tanış ilə,
Hamı aşiq oldu bu "şirin dilə"
Eşqimi, sirrimi bildilər belə,
Mənim göz yaşımı bilən olmadı...

Nə bir köks ötürdüm,nə də ah çəkdim,
Dərdi dər üstündən sinəmə əkdim,
Mən elə yalnızdım,mən elə təkdim...
Mənim göz yaşımı görən olmadı...

Bu qız nə yaşadı , nələri gördü,
Saçını gah qara, gah da ağ hördü,
Hərdən tale döydü, ya bəndə döydü,
Mənim göz yaşımı sevən olmadı...