Aləmzər Sadiqqızı -  Bir azca dünyayla gəl barış, qadın!

Ədəbiyyat 09:16 / 22.09.2025 Baxış sayı: 1756

 

Yenə gözlərindən şeir tökülür

Ay üzü baharlı, könlü qış qadın...

Hərdən bax güzgüyə bir lal baxışla,

Niyə gülmədiyin bir soruş, qadın...

 

Səni ki, bu qədər yedi dərdlərin,

Yayda da üşüdü yazıq əllərin,

Bu qədər gül əkdin, özün gülmədin...

Sən də gül...güllərə bir qarış, qadın.

 

Günəşin gizlənsə bulud köçündə,

Ən gözəl günəşi yarat içində,

Payız yağmurunda, qışın içində,

Bir çınqı od yarat, yan, alış , qadın!

 

Axı kim dəyibdi belə xətrinə,

Heç vaxt bürünmədin sevinc ətrinə,

Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!