Akif Əhmədgil : - Yeni il qabağı Qalib Togrulla 20 faizlik söhbət...
Anamı itirdim səksən yaşında...
Əslində O yüz il yaşamaliydı.
Fərqinə varsaq da varmasaq da biz.
Anam nakam getdi Torpaq sarıdan
Ömrü qIsa oldu - 20 faiz..
Analar hər zaman nakam köcürlər
Agbircək olsa da gəlin olsa da...
Analar hər yerdə Torpaq kimidir.
Qalibim ağlınız bizə getməsin -
Analar dönyada qonaq kimidir .
Səxavət kisəmiz daralıb bir az
Boyu qisalibdir mərhəmətin də
Səxavət mərhəmət torpaq kimidir.
Dadı-duzu qacib şan-şöhrətin də.
Hami kəsirdədir...İyrimi faiz..
Sevgi məktublari alırmi görən
Sevdiyi oğlandan indiki qizlar.
Fərqinə varsaq da varmasaq da biz
İndi sevgilərin ömrü qısalib
Ölcüsü azalıb - 20 faiz.
..
Kücəyə cıxıram 20 ildir
Bir adam görmürəm ürəkdən gülən..
Kimdi gülüb kecən qabağımızdan...
Bir az gülüşümüz boynu büküdür
Sünnət olunmuşuq ... dodağimizdan...
Cox da fikir vermə dediklərimə
Bir əlimdə qələm bir əlimdə biz...
O mənəm imzasız yarımcıq şair...
Yarimcıq şairəm - 20 faiz...
Sən ki Qarabağdan Füzulidənsən...
Nə deyim mən Sənə Qalib Toğrulum...
Cöllərə düşübdü ...cöldü Horadiz....
Bizi bağişlasın Füzuli babam
Səsi yavaş cixır füzulilərin
Səsi alinıbdır...20 faiz.
Vəzifə adami iş admisan...
Sən içə gedənsən işə tələsən.
Dost-düşmən demədin böldün payını...
Bu işdən baş acmir evdə xanim da
Hər səhər icdiyin şirin cayının
Üstündən icilir ....20 faiz...
Vəzifə gəzirik iş istəyirik
Kim bilir bəlkə də yoxdu xəbərin.
Baxirsan hər yerdə tutulib artıq
20 faizi vəzifələrin.
Sizin tərəflərdən axardı Araz.
Adini qoymuşduq Ayrılıq cayı
Lili tərtəmizdi suyu tərtəmiz..
Son illər azalib Arazin suyu
Deyirlər... nə bilim - 20 faiz..
İndi ayriliq da - 20 faiz..
İndi atəşkəs də - 20 faiz...
Biz bir az qacqıniq bir az işsizik
Kücə avarası it avarasi-
Live a dog's life - 20 faiz//
Hara yazmaliyıq bu boş anları..
Sayi azalibdir iş verənlərin
Sayi coxalibdir işverənlərin...
Sayi azalibdi sevən kəslərin
Sayi coxalibdi boşananlarin--
20 faiz..
İndi =Segahımız= o SEGAH deyil
Can dərdi oxunur - 20 faiz.
Oxunur Qarabağ şikəstəmiz də.
Zilə cixa bilmir müğənnilərimiz
Pəsdən oxuyuruq - 20 faiz...
Vaqif toy elədi =Xarı bülbüldə=
Toydan yaniqliyiq toy adamıyıq..
Mənim söz ustadim Cingiz Əlioğlu
Ad günü kecirdi - Sənin yerlindi -
İnan ki yer yoxdu oturmağa da..
Segah bayramıydı Söz bayramıydı..
Gəlmişdi yuz yedən tərcüməci də.
Kitab paylanirdi imza atirdı..
Cavan möğənnilər ötürdü dil-dil..
Südabə xanımın gözündən uzaq
Məclisdə yox idi Südabə xanım-
Məclisdə yox idi Şirazlı xanım..
Segah səslənirdi calınırdı ud..
Amma deməliyəm... bağışla ustad..
Gecə möhtəşəmdi... amma elə bil..
Oxucu az idi- 20 faiz..
Nə deyim mən Sənə Qalib Toğrulum...
Qalib doğulsan da qalib deyilsən.
Yarimciq oxunur O... şikəstəmiz ..
Müğənni azalib...
20 faiz...