Ağaevli Əli Hacı - Ürəyimin daş başına

Ədəbiyyat 10:48 / 14.08.2026 Baxış sayı: 781

Ürəyimin daş başına,

düzü qoyub,dağa düşüb !

Yol-izinə rəng vurmağı

saralan yarpağa düşüb !

 

Açıb yaxasını dünya,

yeri verib oda,suya .

Buda doğulubdu guya...

dünyadan qırağa düşüb !

 

Keçib hamının böyründən,

sevməyib özün böyüdə.

Həm kiçikdən,həm böyüdən

bir addım uzağa düşüb !

 

Sözə ac qalıbdı,sözə

sözə qocalıbdı,sözə !

Söz əkib,dünya düzələ

söz-şoran torpağa düşüb !