Adil Şirin - Yay günəşi altında

Ədəbiyyat 19:36 / 13.08.2026 Baxış sayı: 248

13 Avqust 2025 ·

# # #

Yay günəşi altında

Darıxır böyük şəhər.

Göydə günəş,

Dənizdə giləvar,

Ürəkdə kədər...

Bu yay günü bu şəhərdə

Küçələr, meydanlar boş,

Dəli həsrətin gözləri sərxoş.

Bu şəhərdə, bu yay günortasında

Yalqızam, tək-tənhayam yenə,

Bütün dünya yaddır yabançıdır mənə...

Solğun xatirələr arasında sən,

Gözləri şehli dağ çiçəyisən...