Xəyalə Sevil - Sən də bir cürə qırmısan
Ədəbiyyat
09:42 / 13.08.2026
Baxış sayı: 777
Sən də bir cürə qırmısan
Onsuz da qırılmış könlü.
Sinəmin taa ortasında
Ocaqtək qurulmuş könlü.
Qayıtsan da, nə xeyri var,
Gözlərinin tək seyri var.
Düz sözündə də əyri var,
Yorma bu yorulmuş könlü.
Ayağım yerdən döyülür,
Qapım içərdən döyülür.
Demişdim açma axı hər
Bir qıfıl vurulmuş könlü.
Sən də bir cürə qırmısan
Onsuz da qırılmış könlü.
Sinəmin taa ortasında
Ocaqtək qurulmuş könlü