Ağaevli Əli Hacı : - Soyuq dəyib yollara...

Ədəbiyyat 19:57 / 05.05.2024 Baxış sayı: 900

 

Canımdan su çıxartdım,

su soyutdu istimi !

Gecə örtdüm isinəm,

səhər açdı üstümü !

 

Soyuq dəyib yollara,

sağalmayır yamağlar !

Sinəmdəki dağa çıx,

bax,güneyi buz ağlar !

 

Bir əl özün axtarır,

bir əl yuxu içində !

Saxla,dünya düşürəm

təkəm,çoxun içində !