Adil Şirin : - Mənim yay röyalarimda

Gündəm, Ədəbiyyat 11:50 / 05.08.2025 Baxış sayı: 2512

Mənim yay röyalarimda

uzun gecələrin sahili ayaz.

Qaranlıq gecələrdən boylanan

Ay- zanbaq kimi bəyaz.

İlğım kimi

ovsunlayıb könlümü,

ümidsiz bir sevginin həsrəti.

Sanki döyür pəncərəmi,

Ay işığında səsləyir məni

ilk gənclik illərimin cavabsîz məhəbbəti...

Hər səhər dənizdə

cuna kimi şəffaf bir xəyal sisi...

Hardan gəlir unudulmuş

xatirələrin səsi...

Adil Şirin