Saqif Qaratorpaq  - Getsin...

Ədəbiyyat 09:49 / 10.12.2025 Baxış sayı: 192

***

Gözəl,məni hər səhər

Nəğmə tək oxu,getsin.

Bəlkə eşq də qəfəsdi,

Dayanma,toxu,getsin.

 

Sükutu səsinlə sil,

Dəli həvəsinlə sil.

İsti nəfəsinlə sil,

Gözümdən yuxu getsin.

 

Simə döndər ahımı,

Sözdə aç sabahımı.

Ağla,hər günühımı

Göz yaşında yu,getsin.

 

Saçım dəndə ağlasın,

Payız çəndə ağlasın.

Bulud məndə ağlasın,

Ürəyimdən su getsin.

 

Yazıb,söz üstdə saxla,

Yandır,köz üstdə saxla,

Könül,göz üstdə saxla,

Qoyma o ahu getsin.

10.12.2025.