Adilə Nəzər - YAŞADIM
Yenə hava bulanıq, bir az da isti-ilıq,
Kimə baxsan sükutdur, hara baxsan yalqızlıq.
Gözə dəyən qəm-kədər, dodağa dəyən hüzün,
Azıb qalıb hardasa aydınlığı gündüzün.
Sirrinə bürünübdür kölgələrin sonalar,
Ayrılıqdan öncələr, ayrılıqdan sonralar.
Əsirinə çevrilib dumanın, bu oba da,
O ölü dalğaların ortasındakı ada...
Bu ağaclar, o kollar... necə töküb qaşqabaq,
İçimdəki kamanın iniltisinə bir bax..
Titrədir əllərimi qəlbimin sarı simi,
Xatirələr gözümdə mələşir quzu kimi.
Əlim, ayağım, canım sıxılır addım-addım,
Mən həyatın şəklini çəkib, baxıb, yaşadım.
Gözlərimin önündə zühur edən mənzərə,
Kim od deyə bilər ki, şam Adilə Nəzərə...