Ələddin Əzimli - İLĞIMA SARI
" Sətirlərdəki sən"dən
Görən hara gedir bu qatar belə,
Dəvə qatarı.
Oğulsan, ovsarın gəl keçir ələ,
Bir anlıq barı.
Yeri məhvərində saxlayan odur,
Ha yüyür, zamanı haqlayan odur,
Qaiları açan, bağlayan odur,
Sirdir şüarı.
Haqdan uzaq düşüb, əhdini pozmaz,
Gedər gecə-gündüz, bir dəfə azmaz,
Çünki yollarınds, sən gəl qulaq as,
Yoxdur hasarı.
Onunla qardaşdır, sirdaşdır fələk,
Odur ki, bilməyir nə qar, nə külək,
Bəlkə, bu karvana qoşulub gedək,
İlğıma sarı.