Şakir Xanhüseynli -DƏYİŞMƏZLİK
günbəgün artan bu çilələr nədir,
duyğular dəyişir, hisslər dəyişir
əsla dəyişməyən bir dəyişməzlik;
sifətlər dəyişir, üzlər dəyişir...
bir tabutda gedir sanki yüz nəfər,
az zaman içində hamı dəyişir...
sanırsan havanın dəyişməyidi
bir anda beynində dəyişən fikir...
ələnir üstünə yağışlar bir od,
hər kəsin tərəfi, yönü dəyişir;
daim addımını bir səmtə atan
görürsən elə tez yolu dəyişir!..
əsla dəyişməyən dəyişməzlik var,
təzə axar seçir sular axmayıb...
ayaq tərpətməyib hey yol gedənlər
mənzilmi qısaldır, ya ömür? hayıf...