Ələddin Əzimli - QORXU
" sözlərdəki sən"dən
Yüzün içində birəm,
birin içində yüz.
Mən sahiləm,
sən çılğın dəniz.
Milyonların içində
tənha, kimsəsiz...
Xoşdurmu sənə,
dillənsənə!
Sağım, solum adam,
nəinki onlara,
özüm-özümə yadam.
Səhərə az qalır,
hələ oyağam.
Bir parça şüşədir
dünya əlimdə.
Sürüşüb düşməsindən,
parça-parça olmasından qorxuram.
Bu qorxu hissini
çilikləyən, sındıran gərək.
Unutmamısınsa,
tənhayam, dedim bir az öncə.
Sığınmışam,
dar dalanda bir küncə.
Bu müdhiş mənzərəyə
həm qorxuyla,
həm də gözü yumulu baxıram.
Haçansa,
qeybdən kimsə,
köməyimə çatınca...