Fərhad Tapdıqoğlu- Beytlər

YAZARLAR 11:19 / 18.04.2026 Baxış sayı: 426

 

 

 

Bir az da təbəssüm

 

Göz sürməli,bax "oğlanın " aldırdığı qaşına,

Beləsinə qotur düşə,gecə-gündüz qaşına.

=

İki sini xəngəli bir araqla aşırdı,

Evinə qayıdanda lül-qənbərdi,aşırdı.

=

Canın əgər sağlamsa,olsan lap səksən yaşda,

Heç bir problem olmaz,hərdən "boğazı yaşda".

=

Bir sini aş aşırdı,tez girişdi dolmaya,

Dedi:" hələ bilmirəm ,qarnım dola-dolmaya".

=

Çox içdi,kefləndi...düzəldi "tini"

Evini yox,yataq seçdi o hini...

=

Söylədin ki,"arağınkı turşudu",

İçdin ,yedin... üzün niyə turşudu?.

=

Yaltağın olarsa bir pullu "dostu",

Əyilər önündə,kəsilməz "tostu".

=

Ağsaqqalı saymadı,keçib başa,tez girişdi bozbaşa,

Zərrə şübhəm qalmadı onda olan kasad ağla,boş başa.

=

Qanqal vaxtı qanqallıqda girişəsən qanqala,

Tikan bata barmağına,yerində də qan qala.

=

Təzə rəisin gördü,dərhal döndü yumağa,

Ailəsin ac saxlayıb,axşam getdi "yumağa".

=

Oxu,öyrən,işlə ,çalış,qur özünə karyera,

Oxumasan,işləməsən,cəza verib göndərərlər "karyerə"*.

P.S.Xatırlatma.Karyer"-daş karxanası.

=

Hirsləndi,coşdu: " rüşvətxor məmurlar bizdə bir sürüdü",

Yatdı...yuxuda onların hamısını yıxdı,"sürüdü" .