Ramiz Göyüş : - "Səssiz qalmayan zəfər"-in təqdimatı

MƏDƏNİYYƏT 12:02 / 14.07.2025 Baxış sayı: 6408

İyulun 12-də, "Monte Kristo"şadlıq sarayında, çox dəyərli şairimiz Ayaz Arabaçının Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsində misilsiz qəhrəmanlıq nümunəsi göstərərək, keçmiş Əsgəran rayonunun Pirlər (Xramort) kəndindəki məbəddə mövqe tutan, sonradan döyüş yoldaşlarını döyüşdə itirərək təkbaşına, ac-susuz 5 gün döyüşən, erməni yaraqlılarına qan udduran, onunla aparılan danışıqlar nəticəsində, girov götürülmüş 22 Xocalı vətəndaşını xilas etmək naminə təslim olan və təslim olan zaman Azərbaycan bayrağı ilə düşmənin qarşısına çıxan, Natiq Qasımova həsr olunmuş "Səssiz qalmayan zəfər" kitabının təqdimat mərasimində iştirak və çıxış etdim.

Tədbir Milli Qəhrəmanımızın adına layiq, möhtəşəm təşkil olunmuşdu, son dövrlər iştirak etdiyim tədbirlərin ən gözəli idi və anşlaqla keçdi. Tədbirin belə yüksək səviyyədə təşkilinə görə təşkilatçılar və hörmətli şairimiz Ayaz Arabaçı alqışa layiqdir.

Eyni zamanda son dərəcə həssas və maraqlı bir mövzuya müraciət etdiyinə və belə gözəl əsər yaratdığına görə müəllifi təbruk edir və ən xoş arzularımı bildirirəm.