Əşrəf Veysəlli - EYLƏMİRƏM
Hər sözün başına ip salmıram mən,
Hər sözü böyüdüb söz eyləmirəm.
Nə bilim, bəlkə də düz eyləyirəm,
Nə bilim, bəlkə də düz eyləmirəm.
Seçir hər kəlmənin yerini, seçir
Şəhdi -şəkərini, balnı seçir.
Yüz sözün içindən birini seçir,
Bir sözü böyüdüb yüz eyləmirəm.
Bağrımın başını sökürəm hər gün,
Gözəllik önündə çökürəm hər gün.
Sözlərin nazını çəkirəm hər gün,
Oturub hər sözə naz eyləmirəm.
Eşqin gülşənində azıb yatıram,
Hər gün dördcə misra yazıb yatıram.
Mən sözü bağrıma basıb yatıram,
Məndə də az yoxdu, az eyləmirəm
2018- ci il.