VAQİF  YUSİFLİ  TOFİQ  HÜSEYNDƏN  YAZDI

YAZARLAR 21:42 / 03.03.2026 Baxış sayı: 182

 

(Bölgələrdə ədəbi həyat) silsiləsindən

  Altmışıncı illər idi. «Aman Allah, o illər necə qaynar illər idi. Elə bil Sözün bəxti açılmışdı. Hamı nəinki şeir oxumağa, şeir əzbərləməyə can atırdı. Küçədən keçəndə qulağın misralar eşidirdi. Ədəbiyyat mübahisələri, müzakitrələr ara vermirdi. O illər yadındadırsa, sən, mən, digər dostlarımız şeir dərnəklərində iştirak edirdik. O illərin hər günü, hər saatı məndən ötrü qiymətlidir. Mənim üçün  «Yazarlar camiəsi» məhz həmin illərdə mövcud idi. Yadındadırsa, cavan şair olan bizləri ali məktəblərə, peşə məktəblərinə, fəhlə yataqxanalarına, lap elə qızlar yataqxanasına görüşə dəvət edirdilər. Şəxsən məndən ötrü o görüşlərdə  səslənən alqış sədaları ilahi səs kimi  indi qulağımdadır».

 Altmışıncı illərin qaynar ədəbi həyatında «Yazarlar camiəsi»nin cavanlarını bir yerə toplayan, hamının oraya can atdığı məkanı mən xatırlayıram- ora Sabir adına kitabxana idi ki, ali məktəblərdə oxuyan  şeir sevdalıları burada şeirlərini oxuyur, Ağacavad Əlizadənin, Kələntər Kələntərlinin, Tofiq Bayramın, Tofiq MütəllibovunCabir Novruzun –«cavan ustadların» məsləhət tövsiyələrini dinləyir, ilk şeirlərinin çap olunacağı günü həsrətlə gözləyirdilər. O cavanlardan btiri Universitet tələbəsi Tofiq Hüseyn idi. İllər keçəndən sonra Sabir Rüstəmxanlı  «Şair dostum Tofiq Hüseynə» məqaləsində yazacaq ki: «Başda böyük alimimiz Əkrəm Cəfər olmaqla Siyəzənə getdik. Mədəniyyət sarayında unudulmaz bir görüş oldu, görüşdə biz Xəlil Rzanı daha yaxşı tanıdıq. O, Tofiq Hüseynin  son dərəcə səmimi, dağ çeşməsi kimi  şeirlərini təriflədi».

  Amma mən o illərdə  üzünü görməsəm Tofiq Hüseyni bir şair kimi altmışıncı illərin ortalarında-Masallı rayonunda çap olunan «Çağırış» qəzetindən tanımışam. Qəzetin redaktoru şair Vaqif Hüseynov Tofiqin bir neçə şeirini oxuculara təqdim etmişdi (səmimi ön söz yazmışdı).

    Ömrüm əsən külək, çalxanan dəniz,

    Onun bircə anı bir qərinədir.

    Ömrümün karvanı səçssiz-səmirsçiz

    Ömrümün sonuna baş alıb gedir.

 

    Çoxusu bilmir ki, yerin üstündə

    Bizlə  bir ünvanlı insan yaşayır.

    Ömrümün karvanı çiyinlərində

    İntizar daşıyır, sevinc daşıyır.

 

   Yollara baxıram ucsuz-bucaqsız,

   Yollarda sevinclə kədər görüşür.

   Bəzən od tuturam odsuz-ocaqsız,

   Bəzən qismətimə sevinmək düşür.

 

   Mən karvan sürürəm, elə karvan ki,

   Onu görməyibdir çoxusu hələ.

   Sakitcə gedirəm qum üstündəki

   Qoca Füzulinin  ləpirləriylə.

 

   Sıxmayır qəlbimi daha intizar,

   Sarban eyləmişhəm zehni, duyğunu.

   Adi karvanlardan bircə fərqim var:

   Bilmirəm hardadır mənzilin sonu.

Mənzilin əvvəli , sonu da şeir karvanına yol alırdı   indi 78 yaşına cəlib çatmış Tofiq Hüseyn hələ o karvanda yol gedir. Tofiq Hüseynin həyat-ömür-gün karvanı isə Əli Bayramlıya (indiki Şirvan şəhərinə) yönəldi o, «İşıq» qəzetində əmək fəaliyyətinə başladı,  sonralar da qəzetçilikmüxbirlik onu tərk etmədi. Bu qəzetdə özünü istedadlı bir jurnalist kimi oxuculara tanıtdı, sonra «Hacıqabul» qəzetinin ilk redaktoru oldu, «Həyat» «Respublika» qəzetlərinin bölgə müxbiri kimi çalışdı.… Amma bu jurnalistika sahəsi onun şairliyinə zərrə qədər əngəl olmadı. Tofiq Hüseyn əyalətdə yaşasa da, «əyalət şairi» olmadı.

Tofiq Hüseynin altmış illik şeir karvanına nəzər yetirirəm- onun təmsil olduğu ədəbi nəslin kredosunu- şeirdə poetik axtarışlardan irəli gələn başlıca xüsusiyyətləri sezirəm: Azərbaycan dilinin şeirdə reallaşan obrazlı ifadəsi, fikirlə hissin-ağılla ürəyin vəhdəti, bədii təsvir vasitələrinin rəngarəngliyi, hər şeirində yeni söz demək istəyi nəhayət, «Həyat hardadırsa, poeziya da oradadır  deməli, poeziya üçün məzmun da oradadır» (Belinski) prinsipinə əməl etmək səyi

Sovet dönəmində əksər şairlər fəhlə həyatını təsvir edən çoxlu şeirlər yazmışlar. Amma  bu çoxsaylı şeirlərin içində Qabilin «Tramvay parka gedir» Əli Kərimin «Fəhlələr» şeirləri tamamilə fərqli idilər, bu şeirlərdə Sovet fəhləsi deyil, İnsan-Fəhlə obrazları canlandırılırdı  –Tofiq Hüseynin «Fəhlə əlləri» adlı bir şeiri var. Tofiq bu şeirdə şablon ifadələrdən qaçır, bir fəhlənin şan-şöhrətli əməyindən, döşündəki medallardan deyil, yalnız onun əllərindən söz açır:

    Əllərin elə bil nəhəng binadır-

    Barmaqlarınsa mərtəbələri.

    Bu mərtəbələr səni ucaldır.

    Əllərin neft yatağıdır,

    Əllərin marten sobası,

    polad əridirlər  sankti orada.

Beləliklə, Tofiq Hüseyn ustadlardan, onların poetik təcrübəsindən öyrənə-=öyrənə   təbii ki, özünün fərdi şair duyumu ilə  (özünəməxsusluqlaşeirə yanaşırdı. Obyektə, hər hansı nəsnəyə, həyatda  baş verən hadisələrə şair baxışı yeni olmalıdır, bu yenilik, Füzulinin «Ver sözə ehya ki..» poetik andı deməkdir. Fikirləşirsən ki, şair gecə lampalarından yaza bilər?  Amma yazır: «Gecə lamipaları-işıq kədəri..Toplayır başına pərvanələri, Baməzə, nağılbaz nənələr kimi». Fikirləşirsən ki, şeirimizdə unudulan adamlar  haqqında daha yazmaq olar? Amma yazır:

    Unudulan o kövşənlər, düzlər-cəhənnəm,

    Unudulan o cığırlar, izlər-cəhənnəm.

    Adamlar da unudulur, söhbətli-sözlü,

    Adamlar da unudulur, diricə gözlü.

   Fikirləşirsən ki, özündən böyüyə döyülən bir uşağın ağlamağına şeirdə məna vermək olar? Nəsihətdən bir kar aşarmı? Amma o uşağın ağlamağını bir ömür yolunun başlanğıcı kimi mənalandırır şair:

    Sən hələ uşaqsan, dünya qocadır,

    Yol göstərən ömrün harayda, hayda.

    Sənə dəyən zərba çox balacadır,

    Hələlik bir uşaq yumruğu boyda.

 

    Bir yumruq nədir ki, ulduz işığı,

    Çəkici yupyüngül, ağrısı asan.

    Ağlama, ağlama, gözüm işığı,

    Tale adlı namərd səni döyəndə,

    Döyüb üzünə gülümsəyəndə -

    Bu  yumruqdan ötrü darıxacaqsan.

Tofİq Hüseynin neçə belə şeiriniBir ovuc torpaq», «Od», «Qış axşamı», «Tala», «Yağış yağar», «Pələng», «Yoldaş-səni kim apardı», «Tikan», «Sinəm ürəyimin tabutu imiş», «Sənin sol ayağın», «Yağışdan əvvəl») misal  gətirə bilərəm ki, o şeirlərdə məhz poetik axtarışların şahidi oluruq.

 Tofiq Hüseyn Masallının Məmmədxanlı kəndində doğulub o kənd ərazisinə əhalisinin sayına görə  digər kəndlərlə müqayisədə  çox  balacadır. Təbii ki, kənd elə kənddir out-otlağı ilə, ağaclarıyla, kövşənləriylə babaları-nənələriylə, dünəni-bugünü ilə. Tofiq Hüseynin «Kövşən bayatısı» şeirini mən təbiət-cəmiyyət qarşılığının poetik təcəssüsü hesab edirəm: «Kəndimizin qabağında, göz işlədikcə uzanan otlağı (biz ona kövşən deyirik) pay torpağı kimi fermerlərə verəndən sonra bu torpaqda kimin ağlına gəldi əkdi, uşaqlığımızın  xatirələri  şum edildi».

       Bilmirəm oldu  güllü kövşənə,

       Bilmirəm kim çəkər belə zülümü.

       Ən yaxın adamtək ağırdır mənə

       O güllü kövşənin  vaxtsız ölümü.

 

      Çobanın çaldığı o tütək hanı,

      Dillənə, könlümüz ilhama gələ.

      tütək? Sahibkar işə haylayır

      Qızları «Mersedes»  siqnalı ilə.

  Tofiq Hüseyn müasir dövrün, yaşadığımız bu gerçək həyatın şairidir- mələkətimizdə, cəmiyyətimizdə, dünyada baş verən hadisələrə-olaylara bir çox şeirlərində şair sözünü deyir. Amma müharibə şəhidlik mövzusu ön plandadır.

 Tofiq Hüseyn əsl təbiət adamıdırTəbiət şairi» demirəm) bu təbiət adamı heç bir şeirində  dağın, dənizin, çölün-çəmənin, gülün-çiçəyin, dərənin-təpənin, bulağın şəninə təriflər yağdırmayüıb, amma kövşəndən, dağdan, quşlardan, ağaclardan danışanda şeirlərinə bir həzinlik çökür,  («Yaz gələndə libasda, Mat qoyurdun buludu. Heyif sənə gözəl ağac Heyif sənə tez qurudun»… «Kefə baxırlar indi vura bilmədiyim quşlar. Ölümlərin üstündən uçurlar, ölümlərinə üstdən aşağı baxırlar».

 Onun şeirlərində sevgi notlarına da rast gəlirəm bu da təbiidir. Amma bu şeirləri sevginin payız ya qış fəslinə oxşatmıram. Bahar ahənginə bürünən sevgi şeirləri varMən sənin eşqinə cavab verməsəm, Kəsilləm ürəyin imtahanından»… «Bir qızın əlində görsən çiçək var, Demək üz-üzəsən möcüzə ilə»… «Damarlar dolaşan qan yerindəsə Mənə bu sevgini çox görmə Allah» s. Amma bu bircə misra şeir isə  biz yaşlıların etirafı deyilmi: «Qızlar  gözəlləşirBiz qocalırıq»..

 Mən Tofiq Hüseynin ən yaxın dostlarının ona səmimi münasibətini əks etdirən yazıları da oxudum. Nəbi Xəzri, Tofiq Bayram, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, İsa İsmayılzadə, Qulu Xəlilov, Tofiq Abdin, İlyas Tapdıq, Əjdər Ol, Rasim Qaraca  Tofiq Hüseyn onun şeirləri barədə  yazılar yazıblar ya adını çəkiblər.

Mən əyalətdə yaşasa da, Azərbaycan ədəbi mühitində çox yaxşı tanınan bir şair haqqında qısaca  söz açdım. O şair bəzi şeirlərində öz taleyindən şikayətlənsə , böyük hərflərlə yazılan ŞAİR adına layiqdir müasir poeziyamızda öz şeir karvanıyla böyük şeir karvanında yol gedir.